Bu ölkə Moskvanın bombalanmasına icazə verməyəcəyini bəyan etdi

img

Biz Kiyevin Moskvanı bombalamasına icazə verə bilmərik".

Rezonans.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

Ukraynaya dəstək barədə sualı cavablandıran nazir qeyd edib ki, İtaliyanın xətti dəyişmir.

“Amerikalılar da Qərb silahlarının Rusiyada istifadəsinə yaşıl işıq yandırmadılar. Doqquzuncu hərbi yardım paketində biz Samp-T raketləri göndərəcəyik, lakin Kiyevin Moskvanı bombalamasına icazə verə bilmərik”, – deyə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Xəbəri paylaş: