Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran XİN-nin Beynəlxalq Hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb.
Rezonans.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi "X" sosial şəbəkəsində yazıb.
Məlumata əsasən, görüş zamanı ikitərəfli hüquqi məsələlərə dair müzakirələrin aparılıb:
"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-in Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb".