Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşə bilər

img

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş baş tuta bilər. 

Rezonans.az xəbər verir ki, Ceyhun Bayramov və Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün bu gün Nyu-Yorka gediblər.

Həftənin əvvəlində Vaşinqton Ermənistan-Azərbaycan danışıqlarını təşkil etməyə hazır olduğunu bildirib.

ABŞ-nin bəyanatından əvvəl Blinkenin bir həftə ərzində Ermənistanın baş naziri Nikol Paşinyan, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Erməni KİV danışıqlar nəticəsində XİN rəhbərlərinin görüşünün razılaşdırıldığını istisna etməyib. 

Xəbəri paylaş: