Türkiyə parlamentinin sədri Putinlə GÖRÜŞƏCƏK

img

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Rezonans.az xəbər verir ki, parlament sədri bu barədə TASS-a müsahibəsində bildirib.
Numan Kurtulmuşun sözlərinə görə, Türkiyədən Rusiyaya geniş nümayəndə heyəti gəlib.

“Çərşənbə günü Prezident Putinlə görüş də daxil olmaqla, çox gərgin proqramımız var. Əlbəttə, indi mənim cənab Ərdoğanın rus xalqına salamlarını, dostluq və əməkdaşlıq arzularını çatdırmaq imkanım var”, - Kurtulmuş qeyd edib.

Xəbəri paylaş: