Netanyahu Livan sakinlərinə səsləndi

img

Baş nazir Benyamin Netanyahu Livan sakinlərini "Hizbullah"ın bazalarını tərk etməyə çağırıb.

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb. 

“Livan xalqına bir mesajım var. İsrail sizinlə yox, "Hizbullah"la müharibə aparır. Çox uzun müddətdir ki, "Hizbullah" sizdən canlı qalxan kimi istifadə edir. O, sizin yaşayış evlərinizə və qarajlarınıza raketlər qoydu. Bu raketlər və mərmilər birbaşa şəhərlərimizə və vətəndaşlarımıza yönəlib. Xalqımızı "Hizbullah"ın hücumlarından qorumaq üçün bu silahları məhv etməliyik”, - deyə Netanyahu bildirib.

Netanyahu səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin Livan sakinlərinə oxşar çağırışını xatırladıb.

Xəbəri paylaş: