"Azəriqaz" İB-nin baş direktoru Quba rayonunda vətəndaş qəbulu keçirib

img

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Quba rayonunda baş tutub.

Rezonans.az 
xəbər verir ki, birlik rəhbəri Quba, Qusar və Xaçmaz rayonlarından qəbula üz tutan 45 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qapı keçidinin quraşdırılması, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar. 

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Xəbəri paylaş: