Külli miqdarlarda olan narkotik vasitələrin məhv edilməsi üzrə komissiya yaradıldı

img

Külli miqdarlarda olan narkotik vasitələrin məhv edilməsi üzrə komissiya yaradılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının 1.3.1-ci və 1.4.1-ci yarımbəndlərinə əsasən qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə olunan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il 20 sentyabr tarixli qərarı ilə yenidən formalaşdırılıb.

Bununla yanaşı, adıçəkilən Fərmanın 1.3.3-cü və 1.4.3-cü yarımbəndlərinə uyğun olaraq, qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə edilən az və xeyli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarının formalaşdırılması isə Dövlət Komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Xəbəri paylaş: