Türkiyədə 62 metrlik gəmi YANDI

img

Türkiyənin Şile sahillərində Kumkapıdan Zonquldak istiqamətinə üzən 62 metr uzunluğundakı gəmidə yanğın baş verib. 

Rezonans.az xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb. 

Məlumata görə, gəmidəki yanğının söndürülməsi üçün “KURTARMA-12” yedək gəmisi və “KEGM-5” sürətli evakuasiya kateri hadisə yerinə yönəldilib.

Gəmidə söndürmə və soyutma işləri davam edir.

Xəbəri paylaş: