Çin qitələrarası ballistik raketi sınaqdan keçirib

img

Çinin raket qüvvələri çərşənbə günü səhər təlimləri çərçivəsində Sakit Okeanın beynəlxalq suları istiqamətində qitələrarası ballistik raketin (ICBM) uğurlu buraxılışını həyata keçirib.

Rezonans.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası CCTV məlumat yayıb.

Qeyd olunur ki, simulyasiya edilmiş döyüş başlığı ilə təchiz edilmiş ICBM səhər saat 8:44-də havaya qalxaraq Sakit Okeanın beynəlxalq sularında əvvəlcədən müəyyən edilmiş dəniz zonasına enib.

Xəbəri paylaş: