Üçtərəfli görüşdə sülh danışıqlarının son mərhələsi müzakirə olunacaq

img

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşəcək.

Rezonans.az xəbər verir ki, görüşün məqsədi İrəvan və Bakı arasında davam edən sülh danışıqlarının son mərhələsini müzakirə etməkdir. 

Xatırladaq ki, Mirzoyan və Bayramov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Sabahkı görüş Blinkenin üç aydan az müddətdə ABŞ-də azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacaq.

Sonuncu dəfə diplomatlar Vaşinqtonda NATO sammiti zamanı görüşüblər.

Xəbəri paylaş: