Ceyhun Bayramov BMT-nin Ali Komissarı ilə müzakirə APARDI

img

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edib, insan hüquqları, eləcə də münaqişədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş: