Məlum olduğu kimi, Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “4 oktyabr – Cəbrayıl şəhəri günü” elan edilmişdir.
Qeyd etmək yerinə deşər ki, Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Bu Qələbə bizim Ordumuza əlavə güc verdi, inam verdi və şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranmışdır. Heç bir halda mülki əhaliyə ziyan dəyməmişdir. Ermənistan silahlı qüvvələri ilə hərbi əməliyyatlar zamanı məğlub olduqları üçün döyüş meydanından uzaq məsafədən yerləşən şəhər, rayon və kəndlərimizi atəşə tuturdu. Düşmən Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayətlər törədir. 3 ilə bundan əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə (44 gün müddətində bir neçə dəfə Gəncə, Bərdə, Beyləqan və Ağcabədi, Horadiz, Mingəçeviri, Xizi, Abşeron və digər şəhər və rayonlarına ) şəhərinə mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir, barbarlıq və vandalizm akti törədirdilər. Bu, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və təşvişdə olduqlarını göstərir.
Yeri gəlmişkən, Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən yenilməz Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır. Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq!
Cəbrayılın işğalı müasir tariximizin ağrılı səhifələrindən biridir. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri Cəbrayılı, o cümlədən Cəbrayıl şəhərini ələ keçirib. Rayon bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət olduğu üçün bu işğal böyük iztirab və dağıntılarla nəticələndi. Bu işğalın nəticələri çox ağır və dağıdıcı oldu. Rayona təkcə fiziki infrastrukturu deyil, həm də mədəni və tarixi irsi əhatə edən 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğal nəticəsində 72 orta məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılıb. Təəssüf ki, Birinci Qarabağ müharibəsi zamanı cəbrayıllılardan 362 nəfər həlak olub, 191 nəfər isə ömürlük əlil olub. Bu acınacaqlı şəraitə baxmayaraq, rayonun altı sakininin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi onların sarsılmaz şücaət və mətanətinin göstəricisidir.
Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl çoxşaxəli iqtisadi fəaliyyətə malik çiçəklənən rayon idi. Rayon sement, mərmər, mişar daşı və qiymətli tikinti materialları kimi zəngin ehtiyatlara malikdir. Ərazidə dəmir filizi və hətta neft yataqlarının mövcudluğu məlum idi. Yerli əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonda 92 həkim, 432 tibb işçisi, 1660-dan çox müəllim, musiqi məktəbləri, mədəniyyət evləri, klublar, kitabxanalar və muzeylər fəaliyyət göstərən akademik və mədəni mühit də çiçəklənirdi. Bütün bunlar işğal zamanı əldən getdi. Cəbrayılın Ermənistan tərəfindən işğalı geniş vandalizmlə yadda qaldı. “Divlər sarayı” mağarası, “Məscid təpəsi”, arxeoloji türbələr, məscidlər və məqbərələr də daxil olmaqla çoxsaylı tarixi və mədəniyyət obyektləri zədələnmiş və ya tamamilə dağıdılmışdır. Bu mədəni irsin itkisi faciədir, çünki o, çoxəsrlik tarixi və şəxsiyyəti silir. 27 il uzun sürən işğaldan sonra nəhayət ki, Cəbrayıl azad edildi. 2020-ci ilin sentyabr-oktyabrın əvvəllərində bir neçə kəndin, o cümlədən Cəbrayıl şəhəri və 9 ətraf kəndin oktyabrın 4-də bərpası ilə işğaldan azad edilmə prosesi başlayıb. Bu, Cəbrayılın ağır günləri, cəbrayıllıların məcburi köçkünlük dövrü sona çatdı.
Ən əsası, oktyabrın 4-ü, Cəbrayılın azad edilməsi Prezident, Ali Baş Komandan xalqımızın, ordumuzun birliyinin gücünün və qətiyyətinin sübutudur. İşğal zamanı əziyyətlərə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır. Bölgənin yenidən qurulması, mədəni irsinin bərpası və sakinləri üçün imkanların yaradılması səyləri bu şəhərin tarixinin qorunub saxlanılmasına sarsılmaz sadiqliyi əks etdirir. Cəbrayılın işğaldan azadlığa gedən yolu möhkəmlik, ümid və daha parlaq gələcək hekayəsidir.
Yasin Ələsgərov,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü