“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıda inşası davam edən Zəfər parkını ziyarət ediblər.
Rezonans.az xəbər verir ki, dənizçilər 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, xatirə daşının önünə gül dəstələri qoyublar.