Prezident Zaur Mikayılovun səlahiyyətlərini artırdı

img

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Rezonans.az xəbər verir ki, dövlət başçısının bununla bağlı yeni fərmanına görə, Agentliyin sədri Zaur Mikayılovun səlahiyyətləri artırılıb. 

Fərmana əsasən, bundan sonra Agentliyin sədri ( Zaur Mikayılov) dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər.

Xəbəri paylaş: