Rusiyada BRİKS və ya MDB çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüş məsələsi yalnız onlardan asılıdır.
Rezonans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
Lavrov iki liderin qarşıdan gələn sammitlərdə görüşməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib: "Necə deyərlər, görüş haqqında qərar onlarındır. Əgər onlar görüşmək istəsələr, biz hər zaman iştirakımızla əldə edilmiş razılaşmaları yerinə yetirməyə hazırıq".
O, əlavə edib ki, Rusiya da öz növbəsində öhdəliklərini yerinə yetirməyə hazırdır
Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.