"Qarabağ" "Sabah"la üz-üzə gələcək

img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.

Rezonans.az xəbər verir ki, "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Xəbəri paylaş: