Azərbaycan cüdoçuları ilk gündə 2 medal QAZANDILAR

img

Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ötən gün kişilər arasında -60 kq çəkidə Hüseyn Allahyarov gümüş medal, -66 kq çəkidə Rəşad Yelkiyev qızıl medal qazanıb.

Xəbəri paylaş: