Sumqayıtda yataqxanada partlayış oldu

img

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

Rezonans.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Araşdırma aparılır.

Xəbəri paylaş: