Rusiya millisinin azərbaycanlı üzvü qəzaya düşdü

img

15 yaşlılardan ibarət Rusiya futbol millisinin azərbaycanlı üzvü Arda Hacıyev qəzaya düşüb.

Rezonans.az-ın əldə etdiyi məlumata görə, hadisə Samara vilayətində baş verib. Çertonovo futbol komandasının və Rusiya millisinin üzvü Arda Hacıyev atası Sadiq və əmisi Natiq Hacıyevlərlə birgə yol qəzasına düşüb. Onların içərisində olduqları minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qəzaya düşən ailə əslən Zərdabın Məlikli kəndindəndirlər.

Vurğulayaq ki, 15 yaşlı Arda Hacıyev Portuqaliyanın "Porto" klubunun transfer hədəfindədir.

Xəbəri paylaş: