"Süfrə" restoranındakı yanğın söndürüldü

img

Zaqatala şəhərində yanğın olub.

Rezonans.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 400 m² olan müxtəlif təyinatlı obyektlərdən (market, restoran, kafe, dönərxana və ofis kimi fəaliyyət göstərir) ümumi sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, restorana bitişik, ümumi sahəsi 70 m² olan marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 60 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: