İsrail Hərbi Hava Qüvvələri Livandakı şiə "Hizbullah" hərəkatının hədəflərinə güclü zərbələr dalğasını tamamlayıb.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
Bəyanatda qeyd olunub ki, kəşfiyyat zərbələri çərçivəsində Livanın cənubunda və ölkənin daxili bölgələrində 120-yə yaxın "Hizbullah" hədəfi vurulub.
Vurğulanıb ki, zərbə "Hizbullah"ın komandanlığına və əməliyyat nəzarətinə ciddi ziyan vurub.