Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın baş naziri Avrasiya Hökumətlərarası Şurasının (EMİK) 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunur ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə “Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini” müzakirə edəcək.