"İsrailə qarşı qurduğumuz bölmənin rəhbəri MOSSAD agenti imiş" - Əhmədinejad

img

İsrailə qarşı bir birlik yaratdıq və onun başında duran şəxsin MOSSAD agenti olduğu ortaya çıxdı". 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki,  bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Hizbullah" lideri Həsən Nəsrullahın ölümünü şərh edərkən deyib. 

2023-cü il oktyabrın 8-dən "Hizbullah"la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan hakimiyyətinin məlumatına görə, "Hizbullah"ın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1052 nəfər ölüb. "Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Xəbəri paylaş: