Bakıda 63 yaşlı qadına qarşı quldurluq edildi

img

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 20-də gecə saatlarında Nəsimi rayonu ərazisində 63 yaşlı qadının qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı İ.Xantemirov müəyyən olunaraq saxlanılıb.

Rezonans.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Araşdırma aparılır.

Xəbəri paylaş: