Məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub

img

Azərkosmos və Dünya Məktəbinin (Xəzər Universiteti) təşkilatçılığı ilə Azərbaycanda ikinci dəfə məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub. Tədbir Dünya Məktəbində keçirilib. 

Rezonans.az Əlaqənin yaradılması "Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilib.Tədbirdə iştirak edən məktəblilərə kosmos, Azərkosmosun fəaliyyəti haqıında məlumat verilib. Daha sonra Beynəlxalq Kosmik Stansiya ilə birbaşa əlaqə yaradılıb. Kosmik Stansiyadan NASA-nın xanım astronavtı Sunita Uilyams məktəbliləri salamlayıb. Canlı bağlantıda o, məktəblilərə kosmik sahəyə fərqli baxış və onları maraqlandıran peşə seçimi ilə bağlı addımlar haqqında ətraflı məlumat verib.

Xəbəri paylaş: