Azad edilmiş ərazilərdə daha 330 mina zərərsizləşdirildi

img

Azad olunan ərazilərdə sentyabrın 23-29-da 217 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 450 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilib.

Qeyd olunub ki, 1128.1 hektar ərazi minalardan təmizlənib.

Xəbəri paylaş: