Naxçıvanda məktəb direktoru vəzifəsi üçün test imtahanı keçiriləcək

img

Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 151-500 nəfər arasında olan ümumi təhsil müəssislərində vakant direktor vəzifəsi üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, imtahan saat 9:00-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Xəbəri paylaş: