Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
Rezonans.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb:
“Nepalda baş verən, yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”.