Hacıqabulda 1 kq-a yaxın heroin dövriyyədən çıxarılıb

img

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: