Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları casusluqda şübhəli bilinən və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində işləyən şəxsləri saxlayıb.
Rezonans.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanının mətbuat xidmətinin məlumatına görə, onlar Rusiyanın Litva ilə sərhədini qanunsuz keçməyə cəhd ediblər.
İstintaq müəyyən edib ki, Ukrayna xüsusi xidmət orqanları Litva ərazisindən sərhədyanı ərazilərin çəkilişi üçün agentlər cəlb edib, həmçinin yerli sakinlərdən müsahibə alıb.