Avropa Parlamenti fransızı Cənubi Qafqaz üzrə nümayəndə seçdi

img

Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədrini və iki sədr müavinini seçib.  

Rezonans.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, nümayəndə heyətinin rəhbəri latviyalı deputat Nils Uşakovs seçilib. Fransa parlamentinin deputatı Natali Loizeau və polşalı deputat Mixal Sterba nümayəndə heyətinin vitse-prezidentləri təyin olunublar. 

Cənubi Qafqaz nümayəndə heyətinin sədri bu vəzifəni icra etməyi böyük şərəf hesab edib və göstərilən etimada görə təşəkkür edib. O, regionun bir çox münaqişələrə səhnə olduğunu qeyd edərək, hazırda Aİ ilə münasibətlərə birbaşa təsir göstərən yeni geosiyasi mühitin yarandığını vurğulayıb.

"Cənubi Qafqaz iqtisadi, strateji və iqtisadi potensiala malikdir və təhlükəsizlik, qanunun aliliyi və ictimai azadlıqlar sahələrində dialoq və əməkdaşlığı gücləndirmək vacibdir. Mən sizinlə Cənubi Qafqazın daha firavan gələcəyi üçün çalışacağam", - deyə Nils Uşakovs seçildikdən sonra Avropa Parlamentindəki həmkarlarına bildirib. 

Vitse-prezidentlər də öz vəzifələrini icra etməyi böyük şərəf hesab ediblər. 

Xəbəri paylaş: