Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır".
Rezonans.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann sosial şəbəkədə yazıb.
"Almaniya - Azərbaycan əməkdaşlığının əsas məsələlərindən biri COP29-dur. Almaniya COP-un yeni sədri kimi bu vacib konfransın hazırlanmasında indiyədək əla iş nümayiş etdirmiş Azərbaycanı lap əvvəldən dəstəkləyib. Almaniya COP29-un uğurla keçirilməsində böyük marağa sahibdir", - o qeyd edib.