"Qərb “sülhməramlı” qoşunlarını Cənubi Qafqaza gətirməyə çalışır" - FTX-nin direktoru

img

Qərb İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək üçün NATO ölkələrindən öz “sülhməramlı” qoşunlarını Zaqafqaziyaya gətirməyə çalışır. 

Rezonans.az xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov deyib. 

"Amerikalılar və avropalılar Zaqafqaziyada sabitliyin yaradılmasında, İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqda açıq-aşkar maraqlı deyillər. Qərb Ermənistan-Azərbaycan nizamlanması prosesinə rəhbərlik etməyə və de-yure BMT və de-fakto NATO-nun himayəsi altında özünün “sülhməramlı” qoşunlarının regionda yerləşdirilməsinə nail olmağa çalışır", - deyə Bortnikov qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşən müstəqil mülki müşahidə missiyası Rusiya və Moskvanın tərəfdaşlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyətini NATO-nun xeyrinə genişləndirir.

Xəbəri paylaş: