Oğru girdiyi evdə yemək bişirib, alış-veriş etdi

img

İngiltərədə oğru naməlum qadının evinə girib və o evdə olmadığı müddətdə evi təmizləyib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı Damian Voiniloviç qadının evinə girərək bir sıra ev işləri görüb: təmizlik işləri aparıb, paltarları asıb və soyuducuya alış-veriş edib. O, həmçinin quş yemliklərini doldurub, çiçəkləri sulayıb və yemək bişirib. 

Ev sahibinin qonşusu bildirib ki, tanımadığı şəxs həyətə çıxanda onu görüb və bu onun narahatlığına səbəb olub. Qonşu, qadına zəng edərək naməlum şəxsin onun evinə girdiyini deyib, daha sonra polisə müraciət edib.

Damian həbs olunub və qadın məhkəməyə müraciət edib. 

Evi olmayan Damian oğurluqda ittiham olunub. İstintaq zamanı məlum olub ki, o əvvəllər də başqalarının evinə soxulub. Məhkəmə onun əvvəlki cinayətlərini nəzərə alaraq 22 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş: