Azərbaycan millisi növbəti oyununa çıxacaq

img

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Rezonans.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığma ikinci görüşündə Gürcüstanla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.

Xəbəri paylaş: