Bu gün ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olacağı gözlənilir.
Rezonans.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və İsrail liderləri İrana hücum planlarını müzakirə edəcəklər.
Ötən gün Bayden deyib ki, İsrail İranın gecə saatlarında 180 ballistik raket atmasına necə cavab verəcəyinə hələ qərar verməyib: "Mən onların yerində olsaydım, neft yataqlarına zərbə vurmaq əvəzinə alternativlər haqqında düşünərdim".
Bu arada İran rəsmi olaraq hücumu davam etdirmək niyyətində olmadığını açıqlayıb və İsrailə hər hansı cavab tədbirinə çox sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.