Almaniya Ukraynaya 400 milyon avro ayırdı

img

Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bu barədə RND-yə müsahibəsində Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.

"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - o bildirib.

Xəbəri paylaş: