Qlobal Bakı Forumu dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək

img

Azərbaycan yenə də növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib.

 Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderləri iştirak edib. IX Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirib ki, forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq: “Qlobal Bakı Forumunda aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək”. Dövlət başçısı həmçinin bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. 

Dövlət başçısı çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Dövlətimizin başçısı, həmçinin deyib ki, 30 illik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi: “Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.

Siyavuş Quliyev
Göygöl RİHB-nın Sarısu kənd İƏD üzrə nümayəndə

Xəbəri paylaş: