Nənə xəstə nəvəsini bazarda DİLƏNDİRDİ

img

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

 

K.Ağazadə qeyd edib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır. Ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

 

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


Ruslan Tahiroğlu

Xəbəri paylaş: