Portuqaliya humanitar vizalar tətbiq edir

img

Portuqaliya parlamenti miqrasiya haqqında Qanununa humanitar vizaların verilməsi imkanını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Rezonans.az xarici KİV-ə istinadla xəbər verir ki, anadan olduğu ölkədə təqiblərlə üzləşən və ya münaqişədən qaçan insanlar siyasi sığınacaq almaq üçün müvəqqəti olaraq Portuqaliyaya gələ biləcəklər. İmmiqrantlar illik sosial sığorta haqqını ödədiyi halda keçid dövrü ərzində Portuqaliyada müvəqqəti yaşayış icazəsi üçün müraciət edə biləcəklər.

Yeni düzəliş sayəsində yaxın gələcəkdə belə bir viza üçün müraciəti səfirlikdə etmək mümkün olacaq.

İndi bu Qanun layihəsi Parlamentin Konstitusiya məsələləri, hüquqlar, azadlıqlar və zəmanətlər Komitəsində müzakirəyə çıxarılacaq. Sənədin son variantı parlamentdə təsdiqlənməlidir, sonra isə onu ölkə Prezidenti Marselo Rebelu de Souza imzalayacaq.

Xəbəri paylaş: