Litvada parlament seçkiləri keçirilir

img

Litvada növbəti parlament seçkiləri keçirilir.

Rezonans.az xəbər verir ki, bu, müstəqillik dövründə Litva Seyminə 9-cu seçkilərdir. Yerli vaxtla 7.00-da (Bakı vaxtı ilə 6.00) başlayan səsvermədə litvalılar parlamentin 141 deputatını seçəcəklər.

Dairə üzrə namizədlərin heç biri 50 faiz səs toplaya bilmədiyi təqdirdə oktyabrın 27-də səsvermənin ikinci turu keçiriləcək.

Xəbəri paylaş: