Karateçimiz İtaliyada bürünc medal QAZANDI

img

Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.

Rezonans.az Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvü yarışın son günündə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.

Xəbəri paylaş: