Bakı Təşəbbüs Qrupundan BƏYANAT

img

Öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır.

Rezonans.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, 2024-cü ilin oktyabrın 10-da Niderlan Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib.

Vurğulanıb ki, Niderland Parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.

Öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları Niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqalara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland Parlamentini Niderlandın Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland Hökumətinə çağırış etməyi dəvət edirik.

Bu xüsusda, törədilmiş və bu gündə davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.

Bundan əlavə, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.

Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı edilən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik", - bəyanatda bildirilib.

Xəbəri paylaş: