”Azərreyl” Avropa Kubokunun qalibi oldu

img

”Azərreyl”in qadınlardan ibarət çimərlik voleybolu komandası klublararası Avropa Kubokunun qalibi olub.

Rezonans.az xəbər verir ki, təmsilçimiz həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

Fransanın Monpelye şəhərində təşkil olunan yarışın finalında tərəflər hərəyə 1 qələbə qazanıblar. Nəticədə qalib Qızıl setdə bəlli olub. Daha dəqiq oyanayan komandamız qızıl medala sahib çıxıb.

Avropa kuboku

13 oktyabr

Qadınlar

Final

“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 2:1 (19:21, 21:18, 15:11)
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 0:2 (25:27, 13:21)

Qızıl set
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 15:12

Xəbəri paylaş: