Naxçıvan şəhərinə yük avtomobillərinin girişi məhdulaşdırıldı

img

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.

Rezonans.az xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 07:00 radələrindən axşam saat 20:00 radələrinə qədər hərəkəti qadağan olunur. Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.

Xəbəri paylaş: