İran ərazisindən Naxçıvana dəmir yolunun çəkilməsi müzakirə edildi

İran ərazisindən Naxçıvana dəmir yolunun çəkilməsi müzakirə edildi

İran ərazisindən Naxçıvana dəmir yolunun tikintisi Azərbaycanla İran arasında müzakirə edilib. 

Rezonans.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov X sosial şəbəkəsində yazıb.

O, Tehrana səfəri zamanı iranlı həmkarı Cabbar Əli Zəkəri Sərdroudi ilə bu məsələni müzakirə edib: "Müzakirələrimizin mövzusu “Şərqi Zəngəzur İqtisadi Rayonu” ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin tikintisi olub. Bundan əlavə, biz Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik və “Azərbaycan Dəmir Yolları” QSC-nin hər iki marşrutun inkişafı istiqamətində atdığı addımlardan, eləcə də gələcək planlarımızdan danışdıq". 

Xəbəri paylaş: