Çavuşoğlu Bosniyada görüşlər keçirdi

img

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

 

Rezonans.az xəbər verir ki, Çavuşoğlu bosniya və herseqovinalı həmkarı xanım Bisera Turkoviçlə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsiclə, Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə, Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.

 

Görüşlərdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub, Türkiyənin Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi və sabitliyinə dəstəyinin davam edəcəyi bildirilib.

 

Yerli mətbuata açıqlama verən Zeljko Komsic və Şefik Caferoviç Türkiyənin xarici işlər nazirinin Bosniya və Herseqovina səfərindən məmnun olduqlarını deyiblər.

Xəbəri paylaş: