Gürcü döyüşçü Ukraynada öldürüldü

img

Ukraynada davam edən döyüşlərdə daha bir gürcü əsilli hərbçi həlak olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə hazırda Ukraynada döyüşlərdə iştirak edən digər gürcü əsilli döyüşçülər məlumat yayıblar.

 

Mövcud məlumata görə, həlak olan hərbiçi yaralı ukraynalı əsgəri xilas etməyə çalışarkən güllə yarası alaraq dünyasını dəyişib.

 

Qeyd edək ki, bugünədək Ukraynada həyatını itirmiş gürcü əsilli döyüşçülərin sayı 16 nəfərə çatıb.

Xəbəri paylaş: