Əsir və girovlar dəyişdirildi

img

Ukrayna rus əsgərləri tərəfindən əsir götürülən 5 vətəndaşını azad edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

“Bu gün “5-ə 5” düsturuna əsasən, növbəti mübadilə həyata keçirilib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı mülki şəxslərdir”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, bundan öncə iyunun 10-da “5-ə 4” düsturuna əsasən, Rusiya ilə məhbus mübadiləsi aparılıb.

Xəbəri paylaş: