Rusiya bu tarixdə Ukrayna ilə masaya otura bilər

img

"Ukrayna cəbhədəki torpaqlarını geri qaytarmaqda mühüm uğur qazanana qədər Moskva ilə masaya oturmayacaq".

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya ilə əvvəlki təmaslarda Ukraynanı təmsil edən baş müzakirəçi David Arahamiya bildirib.

“Rusiya ilə ancaq əlimiz gücləndikdə masa arxasında otura bilərik. Demək olar ki, bu, yəqin ki, ən tez avqustda olacaq”, - deyə o bildirib.

 

Rusiya tərəfindən də gərginliyi artıracaq açıqlama verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna elə parçalanıb ki, heç vaxt öz keçmiş milli sərhədlərini geri qaytara bilməyəcək. 

Xəbəri paylaş: